Əhali icbari tibbi sığorta üçün nə qədər ödəniş edib? – Nazir AÇIQLADIbackend

Əhali icbari tibbi sığorta üçün nə qədər ödəniş edib? - Nazir AÇIQLADI

İqtisadiyyat naziri Mikayıl Cabbarov icbari tibbi sığorta yığımlarının həcmi barədə məlumat verib.

KONKRET.az xəbər verir ki,  bu barədə nazir özünün sosial media hesabında yazıb.

“2021-ci ildən icbari tibbi sığorta yığımlarının tətbiqinə başlanıb. Birinci rübdə daxilolmalar 112,3 milyon manatdan çox olub (nəzərdə tutulandan 25,5 milyon manat artıq). İcbari tibbi sığorta sistemi əhalinin etibarlı və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq”, – deyə Mikayıl Cabbarov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*