backend

Əhali tibbi sığorta üzrə ən çox bu xidmətlər üçün MÜRACİƏT EDİB

“İcbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə fəaliyyət göstərən Mərkəzi xəstəxanaların və onların struktur bölmələrinin, habelə Müalicə Diaqnostika mərkəzlərinin təqdim etdikləri ilkin hesabatlara görə, 2020-ci il ərzində sözügedən müəssisələrə ümumilikdə 4 170 432 dəfə müraciət edilib”.

KONKRET.az xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

Agentlik sədri bildirib ki, bu müraciətlər üzrə 8 339 508 tibbi xidmət göstərilib:

“Beləliklə, sözügedən ərazilərdə rəsmi qeydiyyatda olan əhalinin 50%-i tibb müəssisələrinə müraciət edərək xidmətlərdən yararlana bilib.

Ən çox müraciət olunan 449 837 nəfərlə Mingəçevir, 348 856 nəfərlə Xaçmaz, 328 756 nəfərlə Ağdaş, 291 814 nəfərlə Zaqatala və 275 779 nəfərlə Yevlax  şəhər və rayonları olub.

Zaur Əliyev qeyd edib ki, ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (1 156 586), Xaçmaz (615 557), Ağdaş (512 834), Yevlax (512 451) və Şəki (510 891) rayon Mərkəzi xəstəxanalarıdır:

“Müraciətlərin çoxu ümumi tibbi baxışla (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla) (503 381), habelə qan dövranı sistemi (210 201), tənəffüs sistemi (179 376), endokrin sistemi, maddələr mübadiləsi və qidalanma pozuntuları (171 622), sidik-cinsiyyət sistemi (148 907) və həzm sistemi (135 803) xəstəlikləri ilə bağlı olub”.

Vəsilə İbrahim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*