“Yer kürəsində maqnit qasırğası təxminən 30 saatdır davam edir”.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
Alimlərin fikrincə, Günəş və Yerə yaxın şərait geomaqnit qasırğasının tezliklə sona çatacağını göstərir:
“Son 24 saat ərzində planetlərarası mühitin parametrləri əsasən pisə doğru dəyişib. Yer yaxınlığında günəş küləyinin sürəti təqribən 400 km/s-dən təqribən 700 km/s-ə qədər artıb. Yaxın saatlarda fırtınanın “sarı” səviyyəyə qədər zəifləməsi ehtimalına baxmayaraq, həm Günəşdə, həm də Yerə yaxın kosmosda şərait normallaşma üçün əlverişli deyil”.