Son illərdə Azərbaycanda pensiyaların hər il indeksləşdirilməsi ənənəvi hal alıb. Bu proses sosial təminat sisteminin sabitliyini qorumaq və inflyasiyanın pensiyaçılara təsirini minimuma endirmək məqsədi daşıyır. Bu baxımdan gələn il pensiyaların neçə faiz indeksləşdiriləcəyi və ümumilikdə nə qədər artımın olacağı maraq doğurur.
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, təqaüdlərin indeksləşdirilməsi qərarı Nazirlər Kabineti və ya Prezidentin fərmanı ilə qəbul olunur.

Natiq Cəfərli
Ekspertin sözlərinə görə, son illər indeksləşdirmə orta aylıq əməkhaqqının artım tempinə uyğun şəkildə aparılır:
“Bu səbəbdən də dəqiq faiz demək çətindir. Amma çox güman ki, əgər indeksləşdirmə qərarı verilərsə, artım təxminən 8-10 faiz civarında ola bilər”, – deyə Natiq Cəfərli qeyd edib.
Yəni təxmini hesablasaq, 300 manat pensiya alan şəxsin təqaüdü 10 faiz indeksləşmə ilə 30 manat artacaq. 8 faizlə isə bu artım 24 manat təşkil edəcək.
Qeyd edək ki, pensiyaların indeksləşdirilməsi prosesi hər il iqtisadi göstəricilərin dəyişməsinə əsasən həyata keçirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az

Adın konkret az dır. İstəyirsən dəyişdir “boşboğaz şad xəbər az” qoy. Şad xəbər imiş. Ekspert imiş. Rejimin trolu.
Maaş və pensiyaların artımında nisbət bahalaşma və infilyasiyanın həcminə görə olmalıdır. Ama oğruların korrupsionerlərin ölkəsində hər şey ərzaq, kommunal, marşrut, od bahasına. Artım 8, 10 % . Allah bəlasını versin tez zamanda yerlə yeksan etsin millətə düşmən kəsilib zülüm edən bu lənətlik idarəetməni. Onların trol mətbuatını, ekspertlərini. Təyinatlı deputatlarını.
Pensiya 9-10 % artırsa, bizim yiqilan kapitalımız 1% indeksləsəcək. Keçən ildə olduqu kimi
Ən az gözəgörsənməyən qiymət marşrutda qalxır, o da 20 faiz, çörək də elə, pensiya isə 8-10 faiz deyirlər.
Əgər mümkünsə məbləği 5000.0man və+ olanların pensiyası artmasın, hərbçilər xaric, az olanlar iu bir az çox artsın. Fakt. – 80 % pensiyaçı 336.0 +34.0man(10%), 20% isə 5000.0+500.0artım alır.. Çox alanlar onsuz da imkanlı adamlardır…