ƏHALİYƏ XƏBƏRDARLIQ: Bu cür satılan meyvə-tərəvəzləri almayınbackend

ƏHALİYƏ XƏBƏRDARLIQ: Bu cür satılan meyvə-tərəvəzləri almayın

Azərbaycanda ənənəvi bazarlarda açıq havada satılan meyvə və tərəvəzlərin sağlamlığa mənfi təsiri ilə bağlı narahatlıq artır. Maraqlıdır, Meyvə və tərəvəzlərin açıq havada satılması onların dadına və keyfiyyətinə necə təsir edir? Gələcəkdə açıq bazarlarda meyvə-tərəvəz satışı tam qadağan oluna bilərmi?

Qida məsələləri üzrə ekspert İlkin Şirinov KONKRET.az-a açıqlamasında bildirib ki, meyvə və tərəvəzlərin açıq havada satışı onların dadına və keyfiyyətinə ciddi təsir göstərir. Günəş şüası altında uzun müddət saxlanılan məhsulların həm qida dəyəri azalır, həm də sağlamlıq üçün təhlükə yaranır:

Öz sənəti ilə məşğul olsun..." - Xaşa hambal yeməyi deyən müğənniyə sillə kimi cavab

“Bu cür şəraitdə meyvə-tərəvəzlərdə vitaminlərin parçalanması, çürümə prosesinin sürətlənməsi və bakteriyaların çoxalması müşahidə olunur. Kartof kimi bəzi məhsullarda isə günəş təsiri ilə zəhərli maddələr əmələ gələ bilər. Əlavə olaraq, küçə satışında gigiyenik nəzarət olmadığından mikrobların yayılması riski artır. Bu da xüsusən uşaqlar, xroniki xəstəliyi olan insanlar üçün təhlükə yaradır”, – deyə ekspert bildirib.

Qida eksperti Seymur Qafarov isə məsələni şərh edərək bildirib ki, bazar mədəniyyəti qədim ənənəyə malikdir və tamamilə qadağan olunması real görünmür:

Qiymətləndirmə və konsaltinq xidməti (Seymur Qafarov & Leyla Zülfüqarova) - ARB 24 (Qida Bələdçisi)

“Bu gün ərzaq məhsulları həm supermarketlərdə, həm də dövlət nəzarətində olan bazarlarda satılır. Bazarlarda məhsullar daha tez dəyişdirilir, qiymətlər isə alıcılar üçün münasib olur. Dövlət qurumları son illər bazarlarda ət və süd məhsullarının soyuducularda satılmasına, pendir və digər tez xarab olan məhsulların açıqda saxlanmamasına xüsusi diqqət yetirir. Bu, insan sağlamlığını qorumaq və əlavə risk faktorlarının qarşısını almaq üçündür. Lakin bazarların tamamilə ləğvi mümkün deyil. Çünki bazar anlayışı həm tarixi, həm də sosial baxımdan cəmiyyətin ayrılmaz hissəsidir”, – deyə o, vurğulayıb.
Beləliklə, mütəxəssislər hesab edirlər ki, açıq havada meyvə-tərəvəz satışının sağlamlıq üçün riskləri yüksək olsa da, bazar mədəniyyəti və bazarların mövcudluğu gələcəkdə də qorunub saxlanacaq. Sadəcə olaraq, bu sahədə gigiyenik tələblərin və nəzarətin gücləndirilməsi vacibdir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*