Əhaliyə XƏBƏRDARLIQ – Saat 10:00-dan etibarən…backend

Əhaliyə XƏBƏRDARLIQ - Saat 10:00-dan etibarən...

Qəbələ rayonu ərazisində qazın verilişində fasilə yaranacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Zaqatala RQİİ-nin Qəbələ xidmət sahəsinin ərazisində Qəbələ rayonu, Vəndam qəsəbəsində Samir Sabir oğlu Məsimova məxsus torpaq sahəsinin qarşısından keçən d-76 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 28.07.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Vəndam qəsəbəsinin bir hissəsində 342 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*