Əkrəm İmamoğlu erməni patriarxını ZİYARƏT ETDİbackend

Əkrəm İmamoğlu erməni patriarxını ZİYARƏT ETDİ

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Pasxa bayramı münasibətilə Türkiyə Ermənilərinin Patriarxı Sahak Maşalyanı ziyarət edib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfər zamanı İmamoğlunu təqaüddə olan səfir Namık Tan və İstanbul Böyükşəhər Bələdiyyəsinin baş katibinin müavini Mahir Polat müşayiət edib.

“İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olaraq xalqımızın daha yaxşı şəraitdə yaşaması üçün əlimdən gələni edirəm. “Azlıq” sözünü bəyənmirəm və bura erməniləri Pasxa bayramı münasibətilə təbrik etməyə gəlmişəm”, – İmamoğlu deyib.

Görüşün sonunda erməni patriarxı İmamoğluna qırmızı Pasxa yumurtası hədiyyə edib və ona uğurlar arzulayıb.

İqbal Rzayev,

KONKRET.az

  • Sahib
    Aprel 17, 2023 - 17:41

    Mən deyəndə ki, əkrəmin soykökü ermənidir inanmırdılar….

Sahib üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*