Əkrəm İmamoğlu İsa Qəmbərə maliyyə ayırıb? – Açıqlamabackend

Əkrəm İmamoğlu İsa Qəmbərə maliyyə ayırıb? - Açıqlama

Türkiyədə barəsində casusluq ittihamı ilə istintaq aparılan İstanbul bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun işində Azərbaycanla bağlı hissə də yer alıb. Bildirilib ki, şübhəli şəxs Hüseyn Gün 2005-ci ildə ABŞ-da fəaliyyət göstərən hüquq bürosu vasitəsilə “Freedom LLC” adlı şirkətin yaradılmasını təşkil edib. Onun sözlərinə görə, bu şirkət vasitəsilə “Azərbaycanın demokratikləşməsi adı altında” bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının başqanı olan İsa Qəmbərə maliyyə dəstəyi göstərilib.

KONKRET.az xəbər verir ki, İsa Qəmbər məsələ ilə bağlı Unikal-a açıqlama verib:

“Mənim haqda yazılanlar həqiqətə uyğun deyil. Belə bir şirkətin adını ilk dəfə eşidirəm. Həmin şirkət vasitəsilə guya mənə “maliyyə dəstəyi göstərilməsi” uydurmadır”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*