Əlcəzairdə bir ilk: Hərbi personal mülki vəzifələrə təyin edilə bilərbackend

Əlcəzairdə bir ilk: Hərbi personal mülki vəzifələrə təyin edilə bilər

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun dövlət sektorunda, eləcə də strateji və həssas sektorlarda mülki vəzifələrə orduda hazırda xidmət edən hərbi qulluqçuların təyin edilməsinə icazə verən fərman verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, məhz bu sənəddən sonra dövlət idarələrində bəzi vəzifələrə müqaviləli və ya həqiqi hərbi qulluqçular təyin oluna bilər.

Gözlənilir ki, briqada generalları və yüksək rütbəli zabitlər dövlətin strateji və həssas sektorlarında bəzi yüksək səviyyəli vəzifələrə təyin ediləcək.  Fərmana əsasən, hərbi qulluqçular orduda rütbələrinə uyğun olaraq mülki vəzifələrə təyin olunacaq və bundan sonra da Müdafiə Nazirliyinə tabe olacaqlar.

Qeyd edək ki, Əlcəzairdə təqaüdə çıxan hərbçilər mülki vəzifələr tuta bilərdilər. Yeni fərmanla ilk dəfə olaraq fəaliyyətdə olan hərbi qulluqçular mülki işlərdə iştirak edə biləcəklər. Fərmanı şərh edən yerli ekspertlər bildirir ki, bu sənəd ölkənin suverenliyi və həyati maraqlarından irəli gəldiyinə görə imzalanıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*