Elçin Balabəyli yüksək vəzifəyə təyin edildibackend

Elçin Balabəyli yüksək vəzifəyə təyin edildi

Naxçıvanda şəhid qardaşı yeni vəzifəyə təyin edilib.

KONKRET.az unikal.az-a istinadən xəbər verir ki, Elçin Vasif oğlu Balabəyli Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.

O bundan əvvəl Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin tədris və təlim işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Eyni zamanda direktor vəzifələrini müvəqqəti icra edib.

Qeyd edək ki, E.Balabəyli lokal antiterror tədbirləri zamanı şəhid olan kapitan Elcan Balabəylinin qardaşıdır. Şəhidimiz “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Vətən müharibəsi iştirakçısı”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*