Eldar Əmirovun niyə həbs olunduğu BİLİNDİ: Polisə müqavimət göstərib – YENİLƏNİBbackend

Eldar Əmirovun niyə həbs olunduğu BİLİNDİ: Polisə müqavimət göstərib - YENİLƏNİB

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov polisə müqavimətdə ittiham olunub.

KONKRET.az-ın APA-ya istinadən xəbərinə görə, E. Əmirov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirləndirilib.

Yasamal rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə E. Əmirov 30 sutka həbs edilib.

Qeyd edək ki, Eldar Qurban oğlu Əmirov Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə Ramiz Mehdiyevin köməkçisi olub.

***

 13:39
AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov 30 sutka həbs olunub.

KONKRET.az-ın modern.az-a istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan E.Əmirov barəsində artıq məhkəmə qərarı var. Məlumata görə, Nərimanov rayon Məhkəməsi E.Əmirov barəsində 30 sutka həbs qərarı çıxarıb.

E.Əmirov barəsində çoxsaylı şikayətlər olub. Şikayətlərin əsasən, E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlı olduğu deyilir. İddia olunur ki, o, pulla işə adam düzəldirmiş. E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*