Eldar Həsənovun məhkəmədə yenə halı pisləşdi – Təcili yardım çağırıldıbackend

Eldar Həsənovun məhkəmədə yenə halı pisləşdi - Təcili yardım çağırıldı

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

KONKRET.az xəbər verir ki, məhkəmə zamanı Eldar Həsənovun səhhətində yenidən problem yaranıb və onun halı pisləşib.

Məhkəməyə təcili yardım çağırılıb.

Qeyd edək ki, bundan öncə 9 və 13 sentyabr iclaslarında E.Həsənovun vəziyyəti pisləşdiyi üçün proses təxirə salınmışdı.

Məhkəmənin 13 sentyabr iclasında hətta E.Həsənov huşunu itirərək yıxılmış, məhkəməyə təcili yardım çağırılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*