Eldar Sultanovun yerinə bu şəxs təyin olundubackend

Eldar Sultanovun yerinə bu şəxs təyin olundu

Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq Sahib İsmayılova həvalə olunub.

KONKRET.az-ın xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Qeyd edək ki, Sahib İsmayılov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, son yaş həddinə çatmış Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyev martın 16-da Baş Prokurorluğun inzibati binasında onu qəbul edib, “Prokurorluğun fəxri işçisi” döş nişanı və hədiyyə təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*