Elektrik xəttində işləyən şəxsi cərəyan vurdubackend

Elektrik xəttində işləyən şəxsi cərəyan vurdu

Salyan rayonunda elektrik şəbəkəsinin əməkdaşını cərəyan vurub.

KONKRET.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.

Belə ki, rayonun Quyçu kənd sakini, 1999-cu il təvəllüdlü Abbasov İbrahim Mübariz oğlu sözügedən ünvanda mağazanın damında elektrik xəttində işləyərkən onu cərəyan vurub.

Nəticədə o, hər iki əlin üz səthində yanıq xəsarətləri alıb və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*