Elektrikli maşınları olanların nəzərinə: bu qiymətlər də dəyişdibackend

Elektrikli maşınları olanların nəzərinə: bu qiymətlər də dəyişdi

Xəbər verdiyimiz kimi, Azərbaycanda bir sıra kommunal xidmətlər üzrə qiymətlər müəyyənləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Tarif Şurası qərar qəbul edib.

Qiyməti dəyişən xidmətlərdən biri də elektrik doldurma məntəqələrinə verilən elektrik enerjisi ilə bağlıdır.

Belə ki, elektrik doldurma məntəqələrinə verilən 1 kilovatt saat elektrik enerjisinin tarifləri 1,5 qəpik (13,6%) artırılaraq 11 qəpikdən 12,5 qəpik səviyyəsində təsdiq edilib. Elektrik doldurma məntəqələri tərəfindən göstərilən xidmətin qiyməti isə sahibkarlar tərəfindən rəqabət şəraitində sərbəst olaraq müəyyənləşdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*