Ələt-Astara yolunun kənarından avtomat tapıldıbackend

Ələt-Astara yolunun kənarından avtomat tapıldı

Ələt-Astara yolunun kənarından “Kalaşnikov” avtomatı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd “AK-74” markalı avtomat aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən 9 ədəd müvafiq sənədləri olmayan ov silahı təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*