Mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülərək tərk edilib və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Daha sonra isə Elgünün ölümü ilə bağlı müxtəlif fərziyyələr irəli sürülüb.
KONKRET.az bildirir ki, RTV çəkiliş komandası Elgünün ağır vəziyyətdə tapıldığı məkana yollanıb.
Xatırladaq ki, DİN və Baş prokurorluq birgə bəyanat yayaraq, istintaqın hələ davam etdiyini, faktla bağlı araşdırmaların apaıldığını bildiriblər.