Əli əs-Sistani İranın ali rəhbərinə qarşı təhdidləri pislədibackend

Əli əs-Sistani İranın ali rəhbərinə qarşı təhdidləri pislədi

İraqın ruhani lideri ayətullah Əli əs-Sistani İranın ali rəhbəri ayətullah Əli Xameneiyə qarşı təhdidləri pisləyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Press-TV” telekanalı Əli əs-Sistaninin bəyanatına istinadən məlumat yayıb.

“İraqın ruhani lideri Əli əs-Sistani xəbərdarlıq edib ki, bu cür istənilən hərəkət vəziyyət üzərində nəzarətin itirilməsinə və geniş xaosa səbəb ola bilər”, – telekanal bildirib.

Öz növbəsində “Al-Arabiya” qeyd edib ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ-ni İran-İsrail münaqişəsinə birbaşa müdaxilədən çəkinməyə çağırıb.

“Əgər ABŞ İsraili dəstəkləmək üçün fəal şəkildə müdaxilə etmək istəyirsə, İranın dərs vermək və özünü qorumaq üçün vasitələrdən istifadə etməkdən başqa seçimi olmayacaq”, – o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*