Əli Əsədov yeni qərar imzaladıbackend

Əli Əsədov yeni qərar imzaladı

Nazirlər Kabineti 20 fevral 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi Qaydası”nda dəyişiklik edib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Dövlət icbari şəxsi sığorta” altsisteminin əhatə dairəsi məhdudlaşdırılıb.

Əgər indiyə qədər təkcə Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Prezidentin Təhlükəsizlik Xidməti üzrə hesabatlar altsistemə daxil edilmirdisə, artıq siyahıya Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Gömrük Komitəsi və Baş Prokurorluq da əlavə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*