Əli Həsənov Şəhidlər binasında evi olması xəbərindən DANIŞDIbackend

Əli Həsənov Şəhidlər binasında evi olması xəbərindən DANIŞDI

“Mənim və ailəmin nə Naxçıvan şəhərində, nə Şərurda, nə də ki, Naxçıvanın başqa yerində, o cümlədən də adı keçən “Şəhidlər binası”nda heç bir evim, yaxud mənzilim yoxdur. Doğulduğum kənddəki yeganə evimizdə böyük qardaşım yaşayır”.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov Şərurda bir sıra qazilərin evsiz qalmasına baxmayaraq, ona şəhid ailələri və qazilər üçün nəzərdə tutulmuş binadan mənzil hədiyyə olunduğu barədə iddialara münasibət bildirərkən deyib.

Əli Həsənov yayılan məlumatları təkzib edərək bildirib ki, şəhid ailələrinə verilən binada heç bir mənzilə sahib deyil:

“İnsanlardır, bilmirsən haradan eşidib, kimdən eşidib, nə eşidib?!” Məsələ ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, bu məsələ onların səlahiyyətinə aid deyil. Şərur Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb. Qeyd edək ki, sözügedən iddianı “Gündəlik Naxçıvan” yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*