“İran İslam Respublikası uzun müddətdir ki, Ermənistana siyasi, vasitəçilik və təhlükəsizlik dəstəyi təklif edir”.
KONKRET.az xəbər verir ki, bu sözləri İranlı analitik Əli Salami bildirib.
Onun fikrincə, “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir. İranın Qafanda konsulluğunu açması bunu bir daha sübut etdi. Bu formula Ermənistanın təhlükəsizliyinin və suverenliyinin möhkəmləndirilməsinə töhfə verə biləcək bütün mümkün addımları ehtiva edir.
Hesab edirəm ki, bu baxımdan İranın xarici işlər nazirinin ilin sonunda Ermənistana səfəri əlamətdar oldu və bu səfər zamanı İran Ermənistana Ermənistan-Azərbaycan sülhünün təminatçısı olmağı təklif etdi. Görünən odur ki, Ermənistan hazırda bu təklifdə o qədər də maraqlı deyil, çünki heç bir nəticə olmasa da, danışıqlar Qərbdə davam edir və İranın bu təklifinin nə vaxtsa yenidən aktuallaşacağı istisna edilmir. Bununla belə, müdafiə nazirinin səfəri təhlükəsizlik sahəsində əməkdaşlıqdan gedir.
Bura bir çox məsələ və problemlər daxildir. Hesab edirəm ki, son dərəcə geniş əməkdaşlıq sahəsi var. Ümid etməliyik ki, Ermənistanın Qərb və İranla münasibətləri Ermənistanın bu sahədəki potensialını məhdudlaşdırmayacaq”.
Natiq Səlim,
KONKRET.az