Əlibaba Əliyevə vəzifə verildibackend

Əlibaba Əliyevə vəzifə verildi

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) baş kommunikasiya inzibatçısı – Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə direktor təyin edilib.

KONKRET.az xəbər verir ki, bu vəzifə Əlibaba Oktay oğlu Əliyevə həvalə olunub.

Ə.Əliyev 1980-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq hüquq üzrə bakalavr və Birləşmiş Krallığın Kent Universitetində Beynəlxalq əlaqələr üzrə magistratura, daha sonra Belçikanın Vlerik Biznes Məktəbində Biznesin idarə edilməsi (MBA) üzrə magistratura təhsili alıb. O, həmçinin Birləşmiş Krallığın İctimaiyyətlə Əlaqələr üzrə İxtisaslaşdırılmış İnstitutunun (Chartered İnstitute of Public Relations, CIPR) məzunudur.

Ə.Əliyev əmək fəaliyyətinə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regional ofisində başlayıb. 2003-2017-ci illərdə şirkətin Əlaqələr və xarici işlər departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2019-2024-cü illərdə isə Norveçin “Equinor” (əvvəl Statoil) şirkətinin Azərbaycandakı Nümayəndəliyində Kommunikasiya və dövlət qurumları ilə əlaqələr departamentinin rəhbəri olub və eyni zamanda şirkətin beynəlxalq layihələrinə töhfə verib.

Ə.Əliyev ADA Universitetində İxtisasartırma Proqramı çərçivəsində liderlik səriştələrinin artırılması üzrə seminarlar keçir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*