2004-cü ildən Hollandiyada yaşayan separatçı Əlikram Hümbətov ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə xəbər teleqram kanallarda yayılıb. Onun xəstəlik səbəbindən Hollandiyada öldüyü bildirilir.
Qeyd edək ki, Əlikram Hümbətov 1948-ci ildə Lerik şəhərində anadan olub. 1992-1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini olub. Bu vəzifədə olarkən 1993-cü ildə qondarma “Talış-Muğan Respublikası”nı elan edib və separatçı fəaliyyətə görə həbs edilib.
2004-cü ildə həbsdən çıxandan sonra mühacirətə gedib.
Xuraman Etibarlı,
KONKRET.az
Lerik şəhərində anadan olmayıb.Onun əsli Lerikin kəndindəndir.Anadan olub Lənkəran şəhərində.
Nə üçün Əlikram Hümmətovun məhkəmə prosesi başdan-ayağa efirdə ictimaiəşdirilmir? Deyirlər ki, hakimiyyət xalqa məxsusdur, bəs xalq həqiqəti nə vaxtsa bilməli deyilmi?