Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq – Sahil Babayevbackend

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq - Sahil Babayev

Şəhidlərimizlə mina partlayışı nəticəsində əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi Peşələr Festivalının final mərhələsində Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olanlar, şəhidlərimiz və mina partlayışı nəticəsində yaralanaraq öz əzalarını itirənlərin, yəni əlillik qazanan şəxslərin statusunda hər hansı bir fərq yoxdur. Onlara sosial ödənişlər bərabər şəkildə şamil olunur” – deyə, nazir bildirib.

Qeyd edək ki, 2020-ci ilin noyabrından bu günədək ümumilikdə 197 mina hadisəsi baş verib. Bu partlayışlar nəticəsində mina qurbanlarının sayı 337-yə çatıb. Bu faciə Ermənistanın yaratdığı mina təhlükəsinin dəhşətlərini bir daha sübut edir.

  • Ulfet
    Dekabr 5, 2023 - 00:33

    Bu veteranlara ne vaxt mueyyen komeklikler edilecek? Axi o wehidleri,qazileri doyuw meydanindan biz veteranlar cixartmiwiq…

  • Tural
    Dekabr 5, 2023 - 17:50

    Veteranarada komehliy gosderin

  • Bəhram Şamilov
    Dekabr 5, 2023 - 18:27

    Mən, Şamilov Bəhram Eyvaz oğlu, 10.03.1959, qaziyəm, əliləm, bronxial astmayam, keçirilmiş kəllə-beyin travmasından sonrakı kəskin ifadə olunmuş asteno-nevrotik sindrom, ikitərəfli katarakta və sairə.44 saylı Poliklinika Poliklinika diaqnozumu düz yazmır, 88 nömrəli forma yazmır ki, fair göstəricim təyin olunsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*