Əlillik təyinatı ilə bağlı dəyişiklik qəbul edildibackend

Əlillik təyinatı ilə bağlı dəyişiklik qəbul edildi

Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilməsi məsələsi müzakirə edilib.

KONKRET.az xəbər verir ki, qanun layihəsinə təklif olunan dəyişikliyə əsasən, “I dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “II dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “III dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər” anlayışı ilə əvəzlənir.

Əlilliyin müəyyən edilməsi qaydası da dəyişir. Yeni layihəyə əsasən isə şəxsin orqanizminin funksiyalarının itirilməsi faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) gün müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 gün müddətinə uzadılmaqla keçiriləcək.Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*