Əlimizə niyə pul gəlmir? – Kasıblıqdan qurtulmaq üçün Türk psixoloqdan ÇÖZÜM YOLLARIbackend

Əlimizə niyə pul gəlmir? - Kasıblıqdan qurtulmaq üçün Türk psixoloqdan ÇÖZÜM YOLLARI

Dünyada maddi çətinliyi olan insanların sayı kifayət qədər çoxdur. Amma aramızda şansı üzünə gülən, həyatları boyu maddi sıxıntının nə olduğunu bilməyənlər də az deyil. Maraqlıdır, bunun şüuraltımızla əlaqəsi varmı? Biz şüurumuzu dəyişdirməklə pul problemlərimizin öhdəsindən gələ bilərikmi?

Türiyəli psixoloq Nevşah Fidan Karamehmet pulun bir enerji diqqətə çatdırıb. 

KONKRET.az psixoloqun dediklərinə istinadən maddi problemin səbəblərini və həll yolarını oxuculara təqdim edir:

1. Özümüzə verdiyimiz dəyərlə bağlı problem yaşamaq: 

Əgər dəyərinizin fərqində olmadan, özünüzü kiçik hesab edirsinizsə (buna qurban rolu da deyilir) və bu səbəblərə görə, böyük pul və sərvət qazanmağa layiq olmadığınızı düşünürsünüzsə maddiyyətlə bağlı ciddi problemlər yaşayacaqsınız.

2. Pulla həll etmək istədiyimiz məsələlərin problemli olması: 

Pulla həll etməyə çalışdığımız məsələlərin problemli olması maddi çətinliklər yaşamamızın başlıca səbəbidir. Biz pula daşıdığından daha çox məna yüklədikdə və pul haqqında şüurumuzu yaxşı istiqamətə inkişaf etdirə bilmədiyimizdə problemlər yaşamağa başlayırıq.

Münasibətlərimiz, sağlamlığımız və işimiz haqqında yaxşı fikirlər düşünməyə çalışırıqsa, pul haqqında da şüuraltımızı inkişaf etdirməliyik. Pulu daha neytral və real perspektivli məsələlər üçün xərcləməyi fikirləşməliyik.

“Əziz oxucular, həyatda hər şey bizim şüuraltımızla bağlıdır. Əgər şüuru yaxşı idarə etsək, istər pul, istərsə də başqa sahələrdə istədiyimiz hər şeyə sahib ola bilərik. Buna görə də söz olaraq qısaca qeyd etmək istərdim: Əgər maddi problemlərindən xilas olmaq istəyirsənsə, şüuraltınla işlə”- deyə, psixoloq qeyd edib. Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*