Əliyev, Ərdoğan və Şərif üçün oxunan məşhur mahnımız… – VİDEObackend

Əliyev, Ərdoğan və Şərif üçün oxunan məşhur mahnımız… – VİDEO

Xəbər verdiyimiz kimi, Laçında Həkəri çayı sahilində 28 May – Müstəqillik Gününə həsr edilən konsert keçirilib. Konsert Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin iştirakı ilə baş tutub.

KONKRET.az-ın AzTV-yə istinadən məlumatına görə, konsertdə liderlər mərhum müğənni Məhəbbət Kazımovun “Laçınım” mahnısını dinləyiblər.

Qeyd edək ki, Məhəbbət Kazımov 1953-cü ildə Laçının Çorman kəndində anadan olub. Ömrünün 22 ilini Laçın həsrəti ilə yaşayan sənətçi “Laçınım” mahnısı ilə tanınıb.

1998-ci ildə yazılan mahnının sözləri Osman Alovluya, musiqisi və ifası Məhəbbət Kazımova məxsusdur. Müğənninin ən böyük arzusu Laçına qayıtmaq və bu mahnını doğma yurdunda ifa etmək olub. Lakin Məhəbbət Kazımov 2014-cü il yanvarın 27-də uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Sözügedən görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*