Əliyev Ukraynaya səfərə gedir: Hansı məsələlər müzakirə olunacaq? – AÇIQLAMAbackend

Əliyev Ukraynaya səfərə gedir: Hansı məsələlər müzakirə olunacaq? - AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ukraynaya səfər edəcək. Səfərin işguzar xarakterli olduğu bildirilir. Görüş zamanı İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş baş tutacaq.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, regionda baş verən son hadisələr fonunda ölkə başçısının Ukraynaya səfəri diqqət çəkir: “Əvvəla qeyd edək ki, prezidentin səfərləri heç də ani qərarlar əsasında deyil, öncədən planlı şəkildə müəyyənləşdirilir. Digər tərəfdən, Prezidentin istənilən ölkəyə səfəri də səbəbsiz olmur. Bu mənada ölkə başçısının Ukrayna səfəri də səbəbsiz sayıla bilməz. Bəzi təhlilçilər Prezidentin Ukrayna səfərini Kremlə mesaj kimi dəyərləndirsə də, bununla razılaşmaq olmur. Məsələ ondadır ki, rəsmi Bakının Ukraynaya da, Rusiyaya da mövqeyi eynidir. Necə ki, Azərbaycan Krımın Rusiya tərəfindən ilhaqını, Donbas və Donetskdəki separatizmi tanımır, eyni zamanda Kreml əleyhinə koalisiyalarda da yer almır. Məsələn, bir müddət öncə Rusiya əleyhinə təşkil edilən Krım platformasında Azərbaycan yer almadı. Bu belə özlüyündə Azərbaycanın hər iki ölkəyə münasibətinin dəyişməz dost və əməkdaşlıq konteksində olduğunu sübuta yetirir”.

İraqdakı etirazların sünni-şiə müstəvisinə keçməsi ABŞ-ın planları əsasında  baş verir”

Politoloq əlavə edib ki, Azərbaycan mövcud Ukrayna-Rusiya gərginliyində konkret tərəf tutmur, əksinə iki ölkə arasında vasitəçi ola biləcəyini sərgiləyir: “Xatırladaq ki, bir müddət öncə Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidentindən Ukraynada həbsdə saxlanılan Krım tatarlarının rəsmi Kiyevə ekstradisiyası istiqamətində vasitəçi olmasını xahiş etmişdi. Hazırda iki ölkə arasında iqtisadi, hərbi sahədə ciddi əməkdaşlıq mövcuddur. Xüsusilə də Ukraynanın hərbi sahədəki təcrübəsi, eyni zamanda bu ölkənin şirkətlərinin Qarabağda quruculuq işlərində iştirakı məsələsi olduqca önəmlidir. Prinsip etibarilə, rəsmi Bakının gündəliyində duran ən aktual məsələ işğaldan azad edilən ərazilərin ən qısa zamanda bərpası və böyük qayıdış siyasətinin reallaşmasıdır. Ukrayna da bu prosesdə Azərbaycanla əməkdaşlıq edən ölkələrdəndir. Mümkündür ki, bugünkü görüşdə bu haqda müəyyən razılıqlar olsun. Digər bir önəmli məsələ də son günlərdə dünya bazarında təbii qazın qiymətinin artmasıdır. Azərbaycan Ukraynaya qaz satışı həyata keçirə biləcək ölkələrdəndir. İki ölkə arasında bu istiqamətdə də razılığın əldə olunacağı mümkündür”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*