Əliyev Zəngəzur dəhlizinin açılışı ilə bağlı yeni planlar hazırlayır – Erməni KİV backend

Əliyev Zəngəzur dəhlizinin açılışı ilə bağlı yeni planlar hazırlayır - Erməni KİV 

Ermənistan mətbuatında Prezident İlham Əliyevin bu gün imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” gündəm  olub.

KONKRET.az xəbər verir ki, erməni KİV Prezidentin sərəncamını belə şərh edib:

“Zəngəzur dəhlizinin açılışı Naxçıvanda dəmir yolu infrastrukturunun yenilənməsini zəruri edir. Bu barədə İlham Əliyevin bu gün təsdiq etdiyi NMR-in 2023-2027-ci illər üçün Dövlət İnkişaf Proqramında deyilir.

Sənədə əsasən, dəmir yolu infrastrukturu yenidən qurulacaq, eləcə də təhlükəsiz və sürətli daşıma xidməti təmin ediləcək.

Türkiyədən Naxçıvana qaz kəmərinin çəkilməsi də nəzərdə tutulub. Layihə SOCAR tərəfindən həyata keçirilir.

Bundan əlavə, Naxçıvan-Türkiyə yüksək gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, söhbət Ermənistan hakimiyyətinin istisna etməkdə davam etdiyi bir prosesdən gedir …” – deyə məqalədə  qeyd olunub.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*