Əliyevin tarixi “Düşənbə” QƏLƏBƏSİ: Putinlə görüşün PƏRDƏARXASIbackend

Əliyevin tarixi "Düşənbə" QƏLƏBƏSİ: Putinlə görüşün PƏRDƏARXASI

Rusiya Prezidentinin təyyarə insidenti ilə bağlı son açıqlamaları iki ölkə arasında yaranmış gərginliyin aradan qalxmasına səbəb olub. Hadisə ətrafında aparılan diplomatik danışıqlar nəticəsində situasiyanın tam şəkildə həll olunduğu bildirilir. Mütəxəssislər hesab edirlər ki, bu məsələ Azərbaycan-Rusiya münasibətlərinə yeni dinamika qazandıracaq, xüsusilə, iqtisadi və siyasi əməkdaşlıq sahələrində müsbət impuls yaradacaq.

Mövzu ilə bağlı KONKRET.az-a danışan sabiq deputat, siyasi təhlilçi Elşad Mirbəşiroğlu bildirib ki, iki ölkə liderlərinin son görüşü xüsusi əhəmiyyət daşıyır:

Yeni təyinat alan Elşad Mirbəşiroğlu kimdir? DOSYE

“Rusiya Prezidenti Azərbaycan lideri İlham Əliyevə təyyarə qəzasının baş vermə səbəblərini izah etdi və üzrxahlığını bildirdi. Dövlət başçımız da məlumat üçün Rusiya Prezidentinə təşəkkürünü ifadə etdi. Diqqətçəkən məqamlardan biri də odur ki, Rusiya Prezidenti Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdiyini, iqtisadi artımın 6 faizdən 16 faizə yüksəldiyini vurğuladı”.

Elşad Mirbəşiroğlunun sözlərinə görə, görüş iki ölkə arasında qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə xidmət edib:

“Bu görüş bir daha göstərdi ki, Azərbaycan tam bərabərhüquqlu münasibətlər sisteminin iştirakçısıdır. Prezident İlham Əliyev hər zaman ölkəmizin maraqlarını inamla qoruyub, mövqelərimizə hörmətlə yanaşılmasını təmin edib. Bu, növbəti dəfə təsdiqləndi.”

Siyasi təhlilçi hesab edir ki, baş verən bu diplomatik addımlar münasibətlərin gələcək inkişafına zəmin yaradacaq:

“Fikrimcə, bu, Azərbaycan-Rusiya əlaqələrində yeni mərhələnin başlanğıcı ola bilər. Görüş gərginlik elementlərinin aradan qalxmasına və münasibətlərin daha sağlam əsasda davam etməsinə ciddi töhfə verəcək.”

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*