Aparıcı Ellada Eyvazova həmkarı Zaur Nəbioğlunu polisə şikayət edib.
KONKRET.az OLAY-a istinadən xəbər verir ki, buna səbəb Zaurun “Rəngarəng” verilişində Ellada haqqında səsləndirdiyi iddialar olub. Ellada bildirib ki, həmkarı onu proqramına dəvət edəndə müğənni Pünhan Piriyevlə bir səhnəcik quracaqlarını söyləyib.
Eyvazova Zaurun dəvətini qəbul edib və efirdə deyildiyi kimi, Pünhanla bir səhnəcik qurulub, guya xanım aparıcının ifaçı ilə evlənmək istədiyi söylənilib.
Lakin bundan sonrakı buraxılışda Eyvazovadan xəbərsiz onunla bağlı yalan-böhtan tərkibli ifadələr səsləndirilib.
Belə ki, Zaur Piriyevlə Elladanın verilişdən birgə ayrıldıqlarını, aparıcının müğənninin maşını ilə getdiyini, daha sonra isə qəhvə içdiklərini deyib.
Pünhanı isə bunu təsdiqləməsi üçün razı salıb. Bu proqramı izləyən Eyvazova həm Zaura, həm də Piriyevə yazıb, nə üçün yalan danışdıqlarını soruşub. Hər ikisinin də səs yazısını paylaşan aparıcı onların yalan danışdıqlarını etiraf etdiklərini bildirib.
Səs yazısıda Pünhan hər şeyi ona Nəbioğlunun söylədiyini, onun təkidi ilə yalan danışdığını bildirib. Z. Nəbioğlu isə səhvini qəbullanaraq Elladanın bunları instaqramda yazmamasını, proqrama çıxıb orada danışmasını istəyib. Xanım aparıcı bununla razılaşmayıb və polisə müraciət edib:
“Daxili İşlər Nazirliyi 102 çağrı xidmətinə müraciyət etmişəm. Azərbaycan polisinə inanıram və əminəm ki, bir Azərbaycan xanımının şərəf və ləyaqətinin alçalmasına göz yummayacaqdır.
Azərbaycan Respublikasının cinayət məcəlləsinin 147 maddəsinə əsasən cinayət məsuliyyəti yaradır . Və eyni zamanda vəkilimlə müqavilə bağlayaraq mülki qaydada mənə dəymiş maddi və mənəvi zərərə göra iddia ərzəsi ilə məhkəməyə də müraciyət edəcəyəm”.