Paşayevin hərbi zonaya qayıtmaq müraciətləri rədd edilib – yaxın 6 ayı həbsdə keçirəcək.
Məşhur azərbaycanlı vəkil Elman Paşayevin silahdaşları onun yenidən Rusiya-Ukrayna müharibə zonasına (SVO) qayıtması üçün üç dəfə vəsatət qaldırıblar.
KONKRET.az SHOT telegram kanalına istinadən xəbər verir ki, bütün müraciətlər rədd edilib və Paşayev qarşıdakı altı ayı həbsdə keçirəcək.
Məlumata görə, Paşayev 2024-cü ilin fevral ayının ortalarında könüllü olaraq SVO-ya müqavilə əsasında qoşulub. O, orada tank komandiri vəzifəsində xidmət edib və cəsurluğuna görə medalla təltif olunub. Müdafiə tərəfi bildirir ki, vəkil 2023-cü ilin iyun ayında iki dəfə yaralanıb.
Məhkəmədə çıxış edən Paşayev isə bildirib ki, ədalətli hökmə inanır. Hazırda onun işi ilə bağlı məhkəmə prosesi davam edir.
Natiq Səlim,
KONKRET.az