Elmar Məmmədyarov Epşteynlə görüşüb? – ÖZÜ DANIŞDIbackend

Elmar Məmmədyarov Epşteynlə görüşüb? - ÖZÜ DANIŞDI

“Bunlar yalan iddialardır! Maraqlısı odur ki, Azərbaycanda nə hadisə olursa, dərhal Elmar Məmmədyarovun adını hallandırırlar”.

KONKRET.az bildirir ki, bunu “Yeni Sabah”a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O, Epşteyn sənədlərində adının hallanması ilə bağlı yayılan iddiaları qəti şəkildə təkzib edərək bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur:

“Yəqin ki, kiminsə marağındadır ki, Elmar Məmmədyarov yaddan çıxmasın”.

Sabiq nazir qeyd edib ki, sənədlərdə adı çəkilən “AzPod” adlı şirkəti tanımır və bu məsələnin onunla heç bir əlaqəsi yoxdur:

“Ümumiyyətlə, “AzPod” adlı şirkət tanımıram. Bunlar hamısı uydurmadır. Kimsə istəyir ki, Elmar Məmmədyarovun adı hallansın. Gözləyək görək, bundan sonra nə hadisə olacaq və mənim adım hallanacaq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*