“Elmlər Akademiyası” metrosu niyə hasarlanıb? – RƏSMİbackend

“Elmlər Akademiyası” metrosu niyə hasarlanıb? - RƏSMİ

Metronun “Elmlər Akademiyası” stansiyası üzərində yerləşən inzibati binada bərpa işlərinə başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə oxu.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, qurumun “Elmlər Akademiyası” stansiyası üzərində yerləşən inzibati binasının fasadları bərpa edilir:

“Stansiyanın ətrafı piyadaların təhlükəsizliyi məqsədilə hasarlanıb. Təmir işlərinin “Elmlər Akademiyası” metrostansiyasına heç bir aidiyyəti yoxdur”.

“Yaxın günlərdə “Bakı Metropoliteni”nin fəaliyyətinin bərpası istiqamətində Nazirlər Kabineti yanında operativ qərargahın qərarı olarsa, sərnişinlərin stansiyadan istifadəsinə, təhlükəsiz giriş-çıxışlarına müvafiq şərait yaradılacaq”, – deyə B.Məmmədov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*