Elnur Nəsibov işdən çıxarıldıbackend

Elnur Nəsibov işdən çıxarıldı

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov vəzifəsindən azad olunub.

KONKRET.az bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

E.Nəsibovu müvəqqəti olaraq Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlı əvəzləyəcək.

E.Nəsibov sosial media hesabında işdən ayrılması ilə bağlı paylaşım edib: “5 illik fəaliyyətimdən sonra təhsil sistemindən ayrılıram. Başda hörmətli Emin müəllim Əmrullayev olmaqla bütün həmkarlarıma, təhsil işçilərinə təşəkkür edirəm və gələcək işlərində uğurlar arzulayıram!”

Qeyd edək ki, Elnur Nəsibov 2022-ci ildən Təhsilin İnkişafı Fondunun sədri vəzifəsini icra edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*