Elon Mask X və “SpaceX”in qərargahını Texasa köçürürbackend

Elon Mask X və “SpaceX”in qərargahını Texasa köçürür

Elon Mask uşaqlarda transseksuallığa yol açacaq qanunun qəbulu səbəbindən SpaceX-in qərargahını Kaliforniyadan Texasa köçürür.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Mask Twitter/X platformasındakı paylaşımında bu qərarın arxasında duran səbəblərdən biri kimi Kaliforniyada qəbul edilən və məktəblərin valideynlərinə şagirdlərin cinsiyyətinin dəyişdirilməsi tələbləri barədə məlumat verməsini qadağan edən yeni qanunu göstərib və bu qanunu “Son damla” kimi xarakterizə edib:

“Bu qanun və ondan əvvəl gələn bir çox qanuna görə, “SpaceX”in qərargahı indi Kaliforniyanın Hauthorne şəhərindən Starbase, Texasa köçürüləcək”. X-in qərargahı isə Ostinə daşınacaq”.

Qeyd edək ki, Mssk keçmişdə transgenderlər haqqında söylədiyi təxribat xarakterli açıqlamalarına görə tənqid edilib. Onun öz qızı qanuni olaraq adını və cinsiyyətini dəyişdirərək məhkəmə sənədlərində “Mən artıq bioloji atamla heç bir şəkildə əlaqə qurmaq istəmirəm” demişdi.

Mask 2023-cü ildə istifadəçilərin qəsdən yanlış cinsiyyət göstərməsinə və ya köhnə adları ilə xatırlanmasına mane olan X qaydalarını ləğv edib, lakin bu qərar 2024-cü ildə bərpa edilib.

Maskın qərargahının köçürülməsi X və “SpaceX” daxilində minlərlə işçiyə təsir edəcək, çünki hər iki şirkət işçilərindən ofislərdə işləməyi tələb edir. Mask 2022-ci ildə X-i əldə etdikdən sonra, demək olar ki, bütün işçilərinin ofisə qayıtmasını tələb edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*