Elton Məmmədov həbs oluna bilər? – AÇIQLAMAbackend

Elton Məmmədov həbs oluna bilər? – AÇIQLAMA

Akademik Ramiz Mehdiyevin ən yaxın çevrəsində yer alan sabiq deputat Elton Məmmədov son günlər yenidən gündəmin əsas fiqurlarından birinə çevrilib. Onun adı Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş verən maliyyə pozuntuları ilə bağlı istintaqda hallanır. Rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız xərclənməsinə dair şübhələr müəyyən edilib. Maraqlıdır ki, həmin vəsaitin Elton Məmmədov tərəfindən dövlət büdcəsinə tam şəkildə qaytarılması təmin olunsa da, istintaq orqanı onun barəsində cinayət məsuliyyəti tədbiri görməyib. Prokurorluq yalnız rəsmi xəbərdarlıqla kifayətlənib.

Bu qərar isə həm sosial şəbəkələrdə, həm də ictimai müzakirələrdə narazılıq doğurub. Bir çoxları hesab edir ki, külli miqdarda büdcə vəsaitinin mənimsənilməsində adı hallanan şəxsə qarşı bu cür yumşaq münasibət ədalət prinsiplərinə ziddir. Elton Məmmədov həbs oluna bilərmi?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov bildirib ki, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 179.4-cü maddəsi (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) iqtisadi fəaliyyət sahəsində ciddi cinayətlər kateqoriyasına daxildir.

ramil suleymanov

Ramil Süleymanov

Onun sözlərinə görə, xüsusilə 179.4-cü maddədə qeyd olunur ki, təqsirkar şəxsə etibar edilmiş özgə əmlakının mənimsənilməsi və ya israf edilməsi “xüsusilə külli miqdar”da baş verdikdə, bu, artıq ağır cinayət hesab olunur:

“Qanunvericiliyə əsasən, “xüsusilə külli miqdar” 500 min manatdan yuxarı olan məbləğ kimi müəyyən edilir. Lakin Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən, əgər təqsirləndirilən şəxs istintaq dövründə dəymiş zərəri tam şəkildə və ya onun azı 50 faizini dövlət büdcəsinə ödəyərsə, bu halda o, cinayət məsuliyyətindən azad oluna bilər”.

Vəkil əlavə edib ki, 3 milyon manatlıq mənimsəmə halında şəxs dövlət büdcəsinə təxminən 1,5 milyon manat ödəməklə qanunun bu müddəasından yararlanıb və nəticədə cinayət məsuliyyətindən azad edilib:

“Məhz buna görə də istintaq orqanı onun barəsində yalnız rəsmi xəbərdarlıqla kifayətlənib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*