Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədov barəsində cinayət işinin başlanılması üçün məhkəməyə müraciət edilməsi barədə xəbər vermişdik.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun haqda kim tərəfindən şikayət edildiyi bəlli olub.
Elton Məmmmədov barəsində xüsusi ittiham qaydasında şikayət verən şəxs Vəkillər Kollegiyasının üzvü Kamal Əliyevdir.
Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri olmuş Elton Məmmədov haqda Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə cinayət işinin başlanılması istənilir.
Səbail Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Günel Səmədova sədrlik edəcək. Məhkəmənin hazırlıq iclası fevralın 2-nə təyin olunub.
***
11:01
Sabiq deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunub.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, şikayətçi E. Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.
Şikayət Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın icraatına verilib. Məhkəmənin ilkin baxış iclası fevralın 2-ə təyin edilib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.