Elvis Preslinin arvadı qızının ölümündə günahlandırılır – FOTObackend

Elvis Preslinin arvadı qızının ölümündə günahlandırılır - FOTO

Mərhum ulduz Elvis Preslinin 80 yaşlı dul arvadı Prissilla Presli qızı Lisa Mari Preslinin ölümündə əli olmaqda ittiham edilir.

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, keçmiş biznes tərəfdaşları Bridcet Cruz və Kevin Fialko Prissillaya qarşı 50 milyon dollarlıq iddia qaldırıb. Onlar iddia edirlər ki, Prissilla Lisa Marinin 2023-cü ildə ürək tutmasından əvvəl xəbərdarlıq əlamətlərinə diqqət etməyib. Məqsədin Elvis ailəsinin mirasına nəzarət etmək olduğu bildirilib.

Ailəyə yaxın mənbə isə Prissillanın bu iddialardan çox əziyyət çəkdiyini və qızının ölümündən sonra bu ittihamlarla məşğul olmasının inanılmaz olduğunu deyib.

Prissillanın vəkili Marti Singer iddiaları “kədərli və əsassız” adlandıraraq, 80 yaşlı qadını ləkələmək cəhdi olduğunu bildirib.

Qeyd edək ki, Lisa Mari Presli 2023-cü ilin yanvarında 54 yaşında vəfat edib və ölümü zamanı anası yanında olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*