Elxan Səmədov növbəti dəfə əməliyyat olunacaqbackend

Elxan Səmədov növbəti dəfə əməliyyat olunacaq

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov iki aydan sonra növbəti dəfə əməliyyat olunacaq.

KONKRET.az bildirir ki, bu barədə “Report”a PFL-in Media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

Onun sözlərinə görə, cərrahi müdaxilə martın ortalarında nəzərdə tutulsa da, həkimlərin qərarına əsasən, may ayında Bakıda gerçəkləşəcək.

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisədən sonra E.Səmədov bir neçə dəfə əməliyyat olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*