Əməkdar artist Elza Seyidcahan yeni şeirini təqdim edib.
KONKRET.az xəbər verir ki, sənətçi ARB telekanalında yayımlanan “Xəbər-ətər” verilişində “Pul” adlı yeni şeirini oxuyub.
Onun şeiri qısa zaman ərzində sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin böyük qismi Seyidcahanın bu şeirini gülüşlə qarşılayıb.
Sözügedən şeiri təqdim edirik:
Pullarımı dərmanladım, xarab olmasın,
Sayıb, sərib, sahmanladım, görən olmasın
Yanından ötməsin onun yellər, sovurmasın
Pul havada rəqs edər, gur havada səpələnər
Şabaş, şabaş, o baş, bu baş, danabaş, yavaş
Ey dazbaş, harda pul var orada baş
İllərimi payaladım, günlərimi bellədim
Günlərimi bellədim, içinə su tökdüm,
Böyütdüm, hasarladım, kəhərlədim, mindim, çapdım,
Pullarımın iyini tapdım…
Fantastika. Postpostpostmodernizmin TƏNTƏNƏSİ. Utanmasan şıllaqlamağa nə var ki!