Əmək Məcəlləsi bu şəxslərə ŞAMİL EDİLMİRbackend

Əmək Məcəlləsi bu şəxslərə ŞAMİL EDİLMİR

Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi Əmək Məcəlləsindən, müvafiq qanunlardan, icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan, əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Məsələ burasındadır ki, əksər hallarda işəgötürənlə işçi arasında mübahisələr Əmək Məcəlləsinn müddəalarına uyğun olaraq həll edilir.

KONKRET.az xəbər verir ki, elə şəxslər var ki, bu Məcəllə onlara şamil edilmir. Onlar aşağıdakılardır:

a) hərbi qulluqçulara; KMQ12

b) məhkəmə hakimlərinə;

c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə;

ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə;

d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*