Əməkdar artist insult keçirdi – VİDEObackend

Əməkdar artist insult keçirdi - VİDEO

87 yaşlı Əməkdar artist Kifayət Gəncəli (Məmmədova) bir müddət əvvəl insult keçirib. 

KONKRET.az xəbər verir ki, bu haqda “Elgizlə izlə” ictimai-sosial verilişində məlumat verilib.

Proqramın çəkiliş heyəti və ekspert qismində çıxış edən Əməkdar artist Kübra Əliyeva sənətçiyə baş çəkmək üçün onun yaşadığı evinə yollanıb. K.Gəncəliyə qulluq edən qızı Elza anasının qəfil səhhətinin pisləşdiyini və insult keçirdiyini açıqlayıb:

“Anam danışırdı, gülürdü. Amma gecənin bir yarısında birdən-birə anam işemik insult keçirdi. Onun beyninə qan sızdı. Biz də bilmədik ki, bu, nədən baş verdi. Bəlkə də buna səbəb təzyiqinin yüksəlməsi oldu. Onun hazırda sağ qolu və sağ ayağı işləmir. Danışığını tamamilə itirib. Udquna da bilmir. Anam müalicələrinə davam etməlidir. Bununla da bağlı bizim xərclərimiz çox olacaq”.

Kübra Əliyeva Kifayət Gəncəlinin sağlamlığına qovuşması üçün veriliş adından müğənniyə zərfdə müəyyən miqdarda pul verib.

Qeyd edək ki, Kifayət Gəncəlinin “Qızıl fond”da 300-ə yaxın lent yazısı var. Onların arasında “Leylam”, “Elə bağlıyam”, “Tələbəlik illəri”, “Xatırla məni” və digər ifaları var. 2007-ci ildə müğənni “Əməkdar artist” fəxri adına layiq görülüb. //Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*