Əməkdar artist onları polisə verəcəkbackend

Əməkdar artist onları polisə verəcək

Əməkdar artist Ruhəngiz Allahverdiyeva qonaq olduğu proqramlardan birində evini təmir edən ustaları polisə verəcəyini deyib.

KONKRET.az lent.az-a istinadən bildirir ki, müğənni həmin ustaları hədələyib.

“Yeni aldığım evimi təmir edib, pis günə qoyan ustalar müəyyən insanların qarşısında cavab verəcəklər. Hələ mənim başım qarışıqdır. Dəyən ziyanı bir-bir yazıb o ustaları şikayət edəcəm”.

O bildirib ki, ustaların buraxdığı səhvlərə görə evini ikinci dəfə təmir edəcək:

“Hamam otağı ikinci dəfə sökülüb yenidən təmir olunmalıdır. Qəpik-qəpik pul yığıram, evimin təmirinə yenidən başlayıram. Məcbur olub yenidən təmir etdirməliyəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*