Əməkdar artist Süleyman Abdullayev dəfn olundu – YENİLƏNİBbackend

Əməkdar artist Süleyman Abdullayev dəfn olundu - YENİLƏNİB

Əməkdar artist, xanəndə Süleyman Abdullayev dəfn olunub.

KONKRET.az xəbər verir ki, əvvəlcə mərhum sənətkarla evində və Təzə Pir məscidində vida mərasimi keçirilib.

Mərasimda Süleyman Abdullayevin ailə üzvləri, sənət dostları ilə yanaşı, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

Daha sonra o, ailə məzalığında dəfn olunub.

Qeyd edək ki, “Dədə Süleyman” kimi tanınan əməkdar artist bu gün səhər vəfat edib.

16:33

Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev ilə Təzəpir Məscidində vida mərasimi keçirilir. 

Bu barədə KONKRET.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Mərhum Kürdəxanı qəbristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib. Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan xanəndə şəkər xəstəliyindən əziyyət çəkirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*