Əməkdar artist süni tənəffüs aparatından ayrıldıbackend

Əməkdar artist süni tənəffüs aparatından ayrıldı

“Vahid Əliyev bir aydır özəl klinikada müalicə alır. Yemək yemirdi, süni tənəffüs aparatına qoşulmuşdu. Şükür, hazırda aparatdan ayrılıb”.

KONKRET.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında xəstəxanaya yerləşdirilən 73 yaşlı Əməkdar artist Vahid Əliyevin həyat yoldaşı Tamilla Əliyeva deyib.

“Həyat yoldaşım ağ ciyər və ürək çatışmazlığından əziyyət çəkir”, – deyə T.Əliyeva bildirib

Qeyd edək ki, Vahid Əliyev 2022-ci ilin dekabr ayında infarkt keçirib. 2023-cü ilin yanvar ayında isə açıq ürək əməliyyatı olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*