Əməkdar artist xəstəxanaya yerləşdirildibackend

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist Gülbahar Şükürlü xəstəxanaya yerləşdirilib.

KONKRET.az axşam.az-a istinadən bildirir ki, qarmon ifaçısının səhhətində yenidən problem yaranıb. O, artıq bir neçə gündür xəstəxanadadır.

G.Şükürlünün telefonuna cavab verən və özünü onun yaxını kimi təqdim edən xanım Axşam.az-a açıqlamasında “Hazırda vəziyyəti yaxşıdır. Belə getsə, xəstəxanadan evə buraxılacaq. Müalicəsi davam edir” sözlərini söyləyib.

Qeyd edək ki, aparıcı Elgiz Əkbər G.Şükürlünün başında yenidən şiş aşkarlandığını açıqlamışdı. Musiqiçi saytımıza açıqlamasında şişin xoşxassəli olduğunu, həkimlərin əməliyyata ehtiyac olmadığını deyib.

Xatırladaq ki, bir neçə il əvvəl G.Şükürlünün beynində şiş aşkarlanmış və əməliyyat olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*