Əməkdar jurnalist Leyla Abdullayevanı sərt tənqid etdibackend

Əməkdar jurnalist Leyla Abdullayevanı sərt tənqid etdi

Rəhman Orxan, əməkdar jurnalist

Axı, bunu kim gətirib qoydu XIN-in mətbuat katibi?!

Əməkdar jurnalist Rəhman Orxan özünün facebook səhifəsində Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanı sərt tənqid edib. Konkret.az əməkdar jurnalistin fikirlərini təqdim edir.

“Orta məktəbi qızıl medalla, institutu fərqlənmə diplomu ilə qurtarmaq, tarixi, politologiyanı “beş barmağı” kimi bilmək olar, ancaq bunlar araşdırıcı siyasətçi, böyük bir ölkədə XİN-in mətbuat katibi olmaq üçün kifayət deyil. XİN siyasətçisi operativ, düzgün araşdırma aparmağı bacarmaqla, fikrini “balanslaşdırılmış” tərzdə ifadə etməklə yanaşı məntiqə söykənərək ilk növbədə cəsarətli, bir qədər sərt, “dişli” olmalı, qarşı tərəf üçün təkzib ediləsi bir şey qoymamalıdır. – Qromıko, Kissincer kimi!

Bunun isə şərhinə baxın: “Слова руководства Армении о мире и урегулировании конфликта вызывают сомнение”.

Bu qız üçün Ermənistan rəhbərliyinin fikirləri hələ indi – 30 ildən sonra (30 il əvvəl yəqin hələ dünyaya təzə gəlibmiş), ermənilər külli-Qarabağı işğal etdikdən, ATƏTə, BMT-yə meydan oxuduqdan sonra şübhə yaradıb? Belə də sadəlövhlük, diletantlıq olar?
Dağıstanlı qardaşların sözü ilə desək, bəs E.Məmmədyarov Qarabağda müharibə getdiyi, torpaqlarımızın 20 %-nin işğal olunduğu barədə bu qıza niyə heç nə deməyib?

Xülasə, XİN onun yeri deyil. Getsin orta məktəbdə tarixdən, coğrafiyadan dərsini desin…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*