Əməliyyat zamanı çəkiliş: Həkimə töhmət, baş həkimə xəbərdarlıq…backend

Əməliyyat zamanı çəkiliş: Həkimə töhmət, baş həkimə xəbərdarlıq...

Mediada yayılan məlumata əsasən, 23 iyul 2025-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi 4C ünvanında yerləşən “Health Group” MMC-yə (Medipoint klinikası) məxsus tibb müəssisəsində növbədənkənar (plandankənar) yoxlama həyata keçirilib.

KONKRET.az xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən APA-ya bildirilib ki, yoxlama zamanı 07 iyul 2025-ci il tarixində pasiyentə qadın konsultasiyası çərçivəsində həkim Vüsalə Rəhimova tərəfindən endometriyanın kəsilməsi (ketçinq) və diaqnostik histeroskopiya əməliyyatı icra edilməsi müəyyən olunub. Ambulator müşahidə kartında və əməliyyatların qeydiyyat jurnalında əməliyyatla bağlı məlumatlar mövcuddur. Lakin histoloji müayinənin nəticələri əməliyyat jurnalında əks olunmayıb.

Eyni zamanda, yoxlama zamanı klinikada ekstrakorporal mayalanma (EKM) prosedurlarının aparılması üçün lazımi maddi-texniki bazanın olmadığı, yalnız hazırlıq mərhələsinin həyata keçirildiyi aşkar edilib. Həkim Vüsalə Rəhimova mama-ginekologiya ixtisası üzrə sertifikasiya imtahanından keçmiş olsa da, EKM ilə bağlı tələb olunan sənədlər yoxlama zamanı təqdim edilməyib.

Araşdırmanın nəticəsi olaraq, həkim Vüsalə Rəhimovaya klinikanın direktoru tərəfindən töhmət, baş həkim Aynur Cavadovaya isə rəsmi xəbərdarlıq elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*