Emin Ağalarov Bakıda daha 19 yaşayış binası tikəcəkbackend

Emin Ağalarov Bakıda daha 19 yaşayış binası tikəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində yaşayış binalarının tikintisinə icazə verib.

“Nardaran İnvest” MMC tərəfindən ümumilikdə 21 ədəd yaşayış binası inşa edəcək:

Hər birində 54 mənzil olan 6 ədəd 5 mərtəbəli (+zirzəmi) yaşayış binaları;

Hər birində 66 mənzil olan 4 ədəd 6 mərtəbəli (+zirzəmi) yaşayış binaları;

Hər birində 78 mənzil olan 4 ədəd 7 mərtəbəli (+zirzəmi) yaşayış binaları.

KONKRET.az xəbər verir ki, bunlardan başqa “Nardaran İnvest” MMC 2 ədəd 5, 3 ədəd 6 mərtəbəli yaşayış binası tikəcək ki, bu binalarda mənzillərin ümumi sayı 239 olacaq.

Məlumat üçün bildirək ki, daha əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən  “Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binalarının tikintisinə icazə verib.

Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.//Yeniavaz.com

  • Naile
    Avqust 21, 2024 - 07:58

    O evlərdən bir otag verde mene nolar(

  • Şahin
    Avqust 24, 2024 - 13:15

    Salam 21 ildi kirayedeyem xaiş edrem menede ev çömehliyi edesiniz

Şahin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*